1 Sentyabr 2015 14:03
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada yerləşən metrolardan birində dilənçiliklə məşğul olan suriyalı yeniyetmə yoldan keçən şəxsin hücumuna məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə oğlan həmin şəxsə yaxınlaşaraq, pul istəyib. Yeniyetmə yalvarışlara məhəl qoymayan gəncin üzünə gözyaşardıcı qaz sıxıb. Bundan sonra gənc oğlan suriyalı uşağı təpik və sillə ilə vurmağa başlayıb. Qan içində yerdə yatan uşağa ətrafdakılar yardım etməyə çalışıblar.

Bu zaman təhlükəsizlik kamerasında hadisəni görən polis uşağın yanına gəlib. Ancaq suriyalı yeniyetmə polisə səsini qaldırdıqdan sonra yenə döyülüb.

Baş verənlər həvəskar kamera ilə lentə alınıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər