5 Sentyabr 2015 18:59
3 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dil müxtəlif səbəblərdən şişə bilər. Çox vaxt biz buna əhəmiyyət vermir və keçib gedəcəyini düşünürk. Ancaq həkimlər bildirirlər ki, dilin şişməsi müxtəlif təhlükəli xəstəliklərdən xəbər verə bilər.

Publika.az dilin şişməsinin hansı xəstəliklərin əlaməti olduğunu araşdırıb:

Xərçəng

Dilin şişməsi dedikdə ağla gələn ən təhlükəli xəstəlik dil xərçəngidir. Əgər dildəki şişkinlik 2 gün ərzində yox olmasa, həkimə müraciət etmək laızmdır. Dilin şişməsi ilə yanaşı, ağızda qanama, ağrı, qırmızı ləkələr, qulaqlarda da ağrı müşahidə edilirsə, dil xərçəngindən şübhələnmək olar.

Allergiya

Müxtəlif qidalara qarşı olan allergiya dilin şişməsinə səbəb ola bilər. Belə halda dil və boğaz şişir, dəridə qızartı əmələ gəlir. Insan nəfəs ala bilmir, öskürür, tez-tez asqırır. Dil həddən artıq şişərək nəfəs borusunu tutur. Bu ölümlə nəticələnə bilən dil şişməsidir. Belə halda dərhal həkimə müraciət etmək vacibdir.

Dil iltihabı

Dildə iltihab göbələk, dəmir çatışmazlığı, tütün, ədviyyatlardan həddən artıq istifadə və xörəkləri qaynar yedikdə yarana bilər. Dil iltihabı dil və boğazın şişməsinə səbəb olur. Nəticədə dilin rəngi dəyişir. Belə halla üzləşdikdə xəstəni təcili şəkildə həkimə çatdırmaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər