8 Sentyabr 2015 15:39
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə gözəllik salonunun sahibəsi yanında işləyən qızı iş adamı ilə cinsi əlaqəyə məcbur etdiyi üçün həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı ölkədən qaçıb.


15 yaşlı R.D. ifadəsində atasının həbsxanada olduğunu və keçən ildən Ayşegül K.-nin yanında işləməyə başladığını bildirib.

"Ayşegül K. yanıma gələrək, pullu iş adamı var, səninlə əlaqəyə girmək istəyir, dedi. Qəbul etmədim. Yarım saatdan sonra tanımadığım iş adamı Y.İ. salona gəldi. Mənimlə birlikdə oldu. Daha sonralar da iki dəfə mənimlə oldu".

Hakim qarşısına çıxarılan Ayşegül K. haqqında həbs qətimkan tədbiri seçilib. Qızı zorlayan iş adamı Y.İ. isə, istintaq vaxtı xaricə qaçıb.

Prokuror Y.İ. və Ayşegül K.-nın hər birinə 40 il həbs cəzası istəyib.

İş adamının yaxınları isə ittihamların şər-böhtan olduğunu iddia edib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər