Konyada 26 yaşlı gənc, atasının sevgilisini öldürüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qətldə şübhəli bilinən gənc polisə ifadəsində "illər sonra da olsa, yaşadığım ağrıların qisasını almışam" - deyib.
51 yaşlı Məmməd Çaktır 15 il əvvəl ailəsini tərk edib. O, 39 yaşlı Birgül Taşla yaşamağa başlayıb. Bir müddət əvvəl ilk həyat yoldaşından olan oğlu Osman Əbrail ilə görüşüb. Oğul atasının yaşadığı Birgül Taş ilə də tanış olub və bir neçə gün onlarda qalıb. Adanaya qayıdan Osman ov tüfəngi alıb və yenidən atasının evinə qayıdıb. Onun evdə olmamasından istifadə edən gənc Birgül Taşın başına atəş açıb. Qadın hadisə yerində ölüb.
Şahidlərin ifadəsi əsasında şübhəli şəxs müəyyən edilib. O, avtobusla Adanaya gedərkən saxlanılıb.
Həbs edilən Osman göz yaşları içində verdiyi ifadəsində atasının illər əvvəl anası, onu və bacılarını tərk etdiyini bildirib. O, "Tərk edərkən mənim 11 yaşım vardı. Anam və 3 bacımla ortada qalmışdıq. Yaşadıqlarımızın səbəbkarı olan bu qadını öldürdüm" deyib.
Rüstəm