7 yaşlı uşaq pnevmatik silahdan açdığı atəş nəticəsində 5 yaşlı qardaşını yaralayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib. Bundan xəbər tutan uşağın valideynləri azyaşlını xəstəxanaya çatdırmaq əvəzinə evə gətiriblər. Qarnından güllə yarası olan 5 yaşlı uşaq çoxlu qan itirməsi nəticəsində həyatını itirib.
Polisdən verilən məlumata görə, hazırda valideynlər həbs edilib. Onlara qarşı "ehtiyatsızlıqdan ölümə səbəb olma" və "istifadəsi qadağan olan əşyaları saxlama" maddələri üzrə cinayət işi başlanılıb.
Samir