10 Sentyabr 2015 11:40
2 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qayınata oğulunun həyat yoldaşına təcavüz edib. Qadın baş verənləri ərinə danışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əli Topraq atası Şıx Mehmetin əxlaqsız hərəkəti barədə anasına danışıb. Ana Mərcan Topraq və oğul Əli Toprak günahkarı cəzalandırmaq qərarına gəliblər. Onlar bunun üçün iki “killer” tutublar.

Heydər Qala və Mehmet Güvən adlı “killerlər” təkliflə razılaşıblar. Qatillər Şıx Mehmetə zəng edərək maşınlarının xarab olduğunu və yolda qaldıqlarını deyib, ondan kömək istəyiblər. Köməyə gələn Şıx Mehmeti plana əsasən, ov tüfəngi ilə vurublar. Daha sonra meyidi hadisə yerindən 10 metr aralıda basdırıblar. Avtomobili isə dərədən aşağı atıblar.

İyun ayının 3-də isə Əli Topraq polisə müraciət edərək atasının bir neçə gündür evə gəlmədiyini bildirib:

"Atamdan bir neçə gündür xəbər yoxdur. Telefonuna zəng gəldikdən sonra evdən çıxıb və bir daha geri qayıtmayıb".

Avqustun 19-da mərhumun avtomobili tapılıb. Hadisə yerində aparılan araşdırma nəticəsində qatillər Heydər Qala və Mehmet Güvənin əl izləri tapılıb. Polis hər iki şübhəlini saxlayıb. Günahlarını etiraf edən şübhəlilər qətlin sifariş olduğunu deyiblər. Onların ifadələri nəticəsində Əli və anası Mərcan Topraq da həbs olunub.

Cinayət işi ilə bağlı məhkəmə davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər