18 Sentyabr 2015 16:52
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada metro stansiyalarından birində sevgililərini bölə bilməyən iki qadın dava edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də baş verib. Uzun illər Qalina ilə evli olan Andrey Yelena adlı qadınla yaşamağa başlayıb.

"Biz eyni qatarda gedirdik. Hər ikimiz vaqondan düşdük. O, özünü idarə edə bilmirdi. Məni söydükdən sonra saçımdan tutdu"- Yelena Kleymenova deyib.

Yelenanın sözlərinə görə, Andreyin keçmiş xanımı vəziyyətlə barışa bilməyib: “Məni hədələyirdi ki, ərim geri qayıtmasa, səni öldürəcəyəm”. Qarşı tərəf isə əlindəki üzüyün təsadüfən Yelenanın saçına ilişdiyini və dava salmaq istəmədiyini deyib.

Yelena isə hadisədən bir gün sonra polisə şikayət ərizəsi yazıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər