Rusiyanın İrkustk vilayətində 1 saylı internat məktəbinin direktoru Tatyana Siprun saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Sosial İnkişaf Nazirliyi məlumat yayıb. Direktorun saxlanılmasına səbəb kimi azyaşlı uşaqlardan birinin vəhşicəsinə döyülməsi göstərilir.
Məlumatlara görə, fakt internatda keçirilən yoxlama zamanı aşkar edilib. 10 yaşlı uşağın kürək nahiyəsindəki xəsarətlərlə bağlı istintaq başlanıb və məlum olub ki, azyaşlı məktəb direktoru tərəfindən döyülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Samir