Türkiyədə 27 yaşlı qadın "ovçu" tərəfindən güllələnib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adanada baş verib.
Polisin məlumatına görə, Nəriman Hügül "Duyğu" adı ilə işlədiyi bara getmək üçün evdən çıxıb. Bir qədər getdikdən sonra əlində ov tüfəngi olan maskalı qatillə qarşılaşıb. "Kömək edin" deyərək qışqıran qadın qaçmağa başlayıb. Qatil qadının ardınca düşüb. Ara küçəyə girən gənc qadın, təxminən 100 metr qaçdıqdan sonra qapısı açıq olan 3 mərtəbəli evə girib. Amma qatil qadını yaxalaya bilib. Silahlı "məndən nə istəyirsən?" deyə çığıran qadına 3 güllə vurub. Nəriman Hügül hadisə yerində dünyasını dəyişib. Maskalı təcavüzkar isə qaçıb.
Polis hadisə yerindən ov tüfəngini tapıb.
Hadisə ilə bağlı istintaq davam edir:
Rüstəm