19 Oktyabr 2015 22:16
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maldiv Ali Məhkəməsi zinada günahkar bilinən qadınlara qarşı daş-qalaqla ölüm hökmünü ləğv edib. Bazar günü evlilik xarici dünyaya uşaq gətirmiş iki qadın məhkəmə tərəfindən məhkum edilib.

Lakin daha sonra Ali Məhkəmə qərarı ləğv edib və bunun hüquqi prosedura zidd olduğunu bildirib. Ada dövləti olan Maldivdə əvvəllər nikahdankənar cinsi əlaqəyə görə şallaq hökmü verilirdi.

Bazar günü çıxarılmış hökm sosial mediada qəzəbə səbəb olub və insan haqları qruplarının tənqidinə məruz qalıb. Lüks turist məkanı sayılan ölkə üçün daş-qalaqla ölüm hökmü misli görünməmiş bir haldır, BBC-nin Cənubi Asiya redaktoru Charles Haviland xəbər verir. 2013-cü ildə evliliyi olmadan cinsi əlaqəyə girməkdə günahkar bilinmiş 15 yaşlı qızın 100 şallaqla cəzalandırılması beynəlxalq aləmdə narazılığa səbəb olmuşdu. Ali Məhkəmə daha sonra onun yanlış məhkum edildiyini əsas gətirərək qərarı ləğv etmişdi.

Maldivdə nikahdankənar seks qanunsuzdur. Lakin bu qadağa turistlərə aid deyil.


Müəllif: