Türkiyədə 8 ay öncə kafedə işləyən 17 yaşlı qızı aldadıb evinə aparan, ona təcavüz edərək fahişəliyə məcbur edən şəxs həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adanada baş verib.
Polisin məlumatına görə, 37 yaşlı M.D. tez-tez getdiyi kafedə işləyən 17 yaşlı S.S.Ç ilə tanış olub. Bir müddət sonra M.D. qızı aldadaraq evinə aparıb. Evində o, bir neçə dəfə qıza təcavüz edib. Daha sonra qızı 100 TLə (təxminən 36 manat) qarşılığında tapdığı müştərilərlə cinsi əlaqəyə girməyə məcbur edib. Bu vaxt isə S.S.Ç-nin ailəsi qız evə gəlmədiyi üçün polisə müraciət edib. Polisin uzun müddət apardığı axtarışlar bir nəticə verməyib.
8 aydan sonra adı açıqlanmayan bir nəfər polisə M.D. adlı kişinin azyaşlı qızı zorla fahişəliyə məcbur etdiyi haqqında məlumat verib. Əməliyyat keçirən polis M.D-nin evinə basqın edib. M.D. həbs edilib. Evin bağlı otağında 17 yaşlı qız əlləri bağlı vəziyyətdə tapılıb. Azyaşlı qız xəstəxanaya aparılıb.
Həbs edilən M.D. isə ifadəsində qızı sevdiyini, evlənmək istədiyini və onu fahişəliyə məcbur etmədiyini bildirib.
Hadisə ilə bağlı məhkəmə davam edir.
Rüstəm