20 Oktyabr 2015 17:15
3 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 4 gün əvvəl birlikdə evdən qaçan Selda Akalın və Öndər Çətinin silahla vurulmuş cəsədləri tapılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis cütlüyün cəsədlərini Öndərin ailəsinə məxsus boş evdə tapıb.

Çətinin valideynləri 4 gün əvvəl oğullarında xəbər ala bilmədikləri üçün polisə müraciət ediblər. Ailə üzvləri ötən gün Rüstəm Paşa məhəlləsindəki yeni evlırinə gediblər. Qapını açdıqları zaman Öndər Çətin ilə Selda Akalın cəsədləri ilə qarşılaşıblar.

Hadisə yerinə gələn polis cəsədlərin olduğu evdə araşdırma aparıb. Nəticədə Öndər Çətinin sevdiyi qızı öldürdükdən sonra intihar etdiyi müəyyən edilib. Hadisə yerində intihar zamanı istifadə olunana tapanca da tapılıb. Cinayətlə bağlı istintaq işi davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər