22 Oktyabr 2015 08:07
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər və qadınlar yaşlandıqca ürəklərində müəyyən fərqlər əmələ gəlir. Bu, tədqiqatlar zamanı gözlənilmədən məlum olub.

Ürəyin forması həm kişilərdə, həm də qadınlarda qocaldıqca dəyişir, lakin bu dəyişiklik tamamilə müxtəlif yollarla gedir.

Baltimorda Con Hopkins Universitetində aparılan tədqiqatın rəhbəri Con Enqa qeyd edir ki, kişilərin ürəyi daha ağır olur və daha az qan tutur, amma qadınlarla belə deyil.

Alimlər hesab edirlər ki, ürək sağlamlığının möhkəmləndirilməsi və müalicəsi problemlərində bu və digər cinsin nümayəndələrinə həkimlər müxtəlif tərəfdən yanaşmalıdırlar. Doktor Enqa bir qrup alimlə 10 il ərzində orta və ahıl yaşda 3 min kişi və qadının ürək fəaliyyətini izləyib. Müşahidələr çərçivəsində həkimlər maqnit-rezonans tomoqrafiyanın köməyi ilə ürəyin və onun daxili strukturunun üçölçülü şəkillərini alıblar. Nəticədə kişilərin və qadınların qocaldıqca ürəklərində yaranan fərqi müəyyən ediblər. Əsas fərq budur ki, vaxt ötdükcə kişilərdə ürəyin sol mədəciyinin kütləsi dəyişir və həcmi artır, halbuki qadınlarda mədəciyin kütləsi dəyişmir, amma əvəzində həcmi azalır.

Bütün bunlardan sonra alimlər bu fikrə gəliblər ki, kişilərdə və qadınlarda ürək xəstəliklərinin müalicə metodikasına yenidən baxılmalıdır.


Müəllif:

Oxşar xəbərlər