27 Oktyabr 2015 08:18
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin oktyabr ayından Böyük Britaniya Birləşmiş Krallığında “torba vergisi” (“bag tax”) tətbiq olunmağa başlanıb. Bu yeni verginin adı Azərbaycan dilində qəribə səslənsə də, niyyəti və məramı xoşdur. Məqsəd dünyamız üçün çox aktual olan bir problemin - ekoloji tarazlığın qorunmasına yardım etməkdir.

Britaniya vətəndaşları alver edərkən plastik materialdan hazırlanmış torbalara görə əlavə haqq - 5 paund (təxminən 8 qəpik) ödəyirlər. Mütəxəssislərin hesablamalarına görə, qarşıdakı on il ərzində ölkə üzrə “torba vergisindən” 1,5 milyard funt sterlinq (2,4 milyard manat) vəsait əldə olunacaq.

Statistikaya əsasən, Britaniyada hər bir alıcı il ərzində 166 ədəd plastik torbadan istifadə edir və belə davam edərsə, onlar torbalara ildə 8,32 funt sterlinq pul ödəyəcəklər. Özünü bu xərcə salmamaq üçün ən düzgün yol isə dükana zənbillə getməkdir. Bu həm də ciddi bir ekoloji problemin qarşısını almağa kömək edir.


Müəllif:

Oxşar xəbərlər