Mütəxəssislər rozmarinin qoxusunun insan yaddaşını gücləndirdiyi qənaətindədirlər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, rozmarin qoxusu hadisələri yadda saxlamaq üçün çox təsirlidir.
Müasir tibdə rozmarindən miqren və həzm problemləri üçün yüngül ağrıkəsici kimi istifadə edilir. Rozmarin bitkisinin qoxusu isə yaddaşsızlıq probleminə çarədir.
Northumbria Universitetinin bir qrup alimləri rozmarin yağı ilə bağlı araşdırma aparıblar. Araşdırma rəhbəri Mark Moss bildirib ki, bu bitkinin qoxusunun faydalı olduğu elmi tədqiqatla sübut edilib.
Tədqiqatda 66 nəfər iştirak edib. Onların yarısına rozmarin yağı iylədilib. Sınaqdan sonra mütəxəssislər rozmarin yağı iyləyənlərin yaddaşının daha güclü olduğunu müəyyən ediblər. Mark Mossun sözlərinə görə, bu araşdırma yaddaş problemi yaşayan insanların müalicəsi üçün əhəmiyyətli məlumatdır.