Gələn ilin əvvəllərində Yaponiya radarda görünməyən qırıcı təyyarəsinin ilk sınaq uçuşları olacaq.
Publika.az-ın məlumatına görə, 14 metr uzunluğu olan təyyarə “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən istehsal edilib və dəyəri təxminən 440 milyon ABŞ dollarıdır.
Əgər təyyarə sınaqdan uğurla keçərsə, “American F-22s” və “F-35s”, Rusiyanın “PAK FA”, Çinin “J-20” və “J-31”, eləcə də Koreya və Hindistan qırıcılarından üstün sayılacaq.