23 Dekabr 2015 12:36
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada müəmmalı hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya vətəndaşı 51 yaşlı Artur Mkrtumyan 28 yaşlı qızı Mariya Samoylovoyun itkin düşməsi ilə bağlı polisə məktubla müraciət edib.

A.Mkrtumyan iddia edib ki, qızı azərbaycanlı həyat yoldaşı Yuri İsmayılovla birlikdə Türkiyəyə, ordan isə Suriyaya keçərək, İŞİD terror təşkilatına qoşulub. Onun sözlərinə görə, qızı azərbaycanlı biznesmenlə rəsmi nigahda olmayıb, onlar müsəlman qaydası ilə evləniblər və oktyabrda Bakıya getmək adı ilə Rusiyanı tərk ediblər.

Mariyanın anası isə qızının Bakıya getdiyindən əmin olduğunu bildirib: "Maşa azərbaycanlıya ərə getdi və islamı qəbul etdi. Yuri türk firmasının direktoru idi. Türkiyə ilə Rusiyanın münasibətlərinin gərginləşməsi Yuriyə təsir etdiyindən onlar getmək qərarına gəldilər. Buradan Türkiyəyə uçdular. Sonra Maşa mənə zəng etdi ki, biz Bakıya yola düşmüşük. Mən dəfələrlə qızıma demişəm ki, əgər İŞİD-ə qoşulsa və Rusiyaya qayıtsa, onu həbs edəcəklər".

Qeyd edək ki, Mariyanın ata və anası bir il öncə ayrılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər