23 Dekabr 2015 13:11
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 7 ildir ərini döyən qadın həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Oğuz Ç. xanımı 37 yaşlı Dilək Ç-dən şiddət gördüyü üçün polisə şikayət edib. Həyat yoldaşının başını külqabı ilə yaran Dilək 5 ay müddətinə azadlıqdan məhrum edilib. Evi tərk edən ər isə "Daha dözə bilmirəm" deyərək İstanbul Ailə Məhkəməsinə boşanmaq üçün müraciət edib.

Oğuz ifadəsində "Arvadım məni bal ayında belə döyürdü. Tez-tez mənə çəkələk atırdı. Hətta bəzən yatanda belə məni döyüb" deyib.

Ərindən 200 min lirə (105 800 manat) təzminat istəyən Dilək Ç. həyat yoldaşını döymədiyini söyləyib. O, ifadəsində "Mən ərimi döyüməmişəm. Sadəcə mübahisə etmişik. Tez-tez internetdə başqa qadınlarla danışıb, məni aldadırdı. Evi tərk edəndə belə burdakı interneti bağladıb yeni köçdüyü evə çəkdirdi. Evliliyinin 7 ili bitir, amma tək dərdi internetdi" deyib.

Cütlüyün boşanması ilə bağlı məhkəmə prosesi davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər