6 Fevral 2016 15:09
3 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Suriyanın Hələb şəhəri yaxınlığında dəhşətli edam gerçəkləşdirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfəki edamı 10 yaşlı uşaq həyata keçirib. Edamdan əvvəl azyaşlı terrorçuların adından Amerikanı təhdid edib:

"Amerika, bax, sənin İslama və şəriətə qarşı silahlandırdığın əsgərlər bunlardır. Biz onları İraqdakı kimi öldürəcəyik. Sən bizdən qaça bilməzsən".

Sözlərini bitirən uşaq əlindəki bıçaqla qurbanının boğazını kəsib. Məlumatlara görə, videodakı azyaşlı bir müddət öncə Hələb uğrundakı döyüşlərdə öldürülən terrorçu Əbu Dardanın oğludur.

Elvin


Müəllif:

Oxşar xəbərlər