24 Fevral 2016 09:12
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mars" və "Snickers" şokoladlarının istehsalçısı Almaniya bazarında satılan məhsullarını geri qaytarır.

Reuters-in məlumatına görə, buna səbəb şokolad batonlarının içindən plastik aşkar olunmasıdır.

İstehsalçının bəyanatında deyilir ki, şirkət müştərilərinin keyfiyyətsiz mallar istehlak etməsini istəmir.

"Mars" və "Snickers"lə yanaşı, Almaniya bazarından, həmçinin "Milky Way Minis", "Milky Way Miniatures" şokoladları və "Celebrations" konfetləri çıxarılacaq. Onların etiketlərindəki istifadə müddəti 2016-cı il iyunun 19-dan 2017-ci il yanvarın 8-dək göstərilib.


Müəllif:

Oxşar xəbərlər