28 Fevral 2016 16:09
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənzil bronu ilə məşğul olan Airbnb saytında Kanadada Ontario əyalətində yerləşən adanı kirayələmək təklif edilir.

Turistlər 6 nəfərlik taxta evdə gecələmək üçün 126 dollar ödəməlidirlər. İstirahət zamanı səyahətçilər kanoedə üzə və ya çimərlikdə istirahət edə bilərlər. Airbnb-də təqdim edilən digər ada ABŞ-ın Men ştatında yerləşir. 152 dollara qonaqlara geniş ev, limitsiz internet və balıqçılıq üçün ləvazimatlar təqdim edilir.

The Telegraph nəşri turistlərə Kolumbiya Kartaxenasındakı adaya da diqqət yetirməyi təklif edir. 264 dollara 929 kvadrat metr ərazisi olan villada yerləşmək olar. Evdə kondisionerlər var, ancaq qonaqlara elektrik generatorunun ancaq gecələr işlədiyi barədə xəbərdarlıq edilir.


Müəllif:

Oxşar xəbərlər