Çində qəribə hadisə baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çinin Xian şəhərində 43 yaşlı qadın elektrik enerjisinin kəsilməsi səbəbindən liftə qalıb. Kömək çağırmasına baxmayaraq, qadının harayına heç kim gəlməyib.
Bir ay müddətində liftdə qalan qadın acından ölüb. Araşdırmalar zamanı məlum olub ki, yaranmış nasazlıq səbəbindən çağırılan işçilər lifti yoxlamadan elektrik enerjisini kəsiblər.
Qeyd olunub ki, qadın həmin binada tək qalıb və liftin qapıları səs keçirmədiyinə görə, onun səsini heç kim eşitməyib. Qadının cəsədini binanın mühafizəçisi aşkar edib.
Elvin