28 Aprel 2016 08:05
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya Universitetində işləyən alimlər təsadüfən, demək olar ki, öz tutumunu itirmədən çoxlu sayda yenidən enerji doldurmaya dayanıqlı akkumulyator yaradıblar.

“Popular Science” nəşri yazır ki, alimlər litium akkumulyatorda litium əvəzinə qızıl nanonaqillərdən istifadə ediblər. Alimlər tərəfindən keçirilmiş sınağın məqsədi sərtgövdəli batareyanın yaradılması olsa da, ancaq sınaq zamanı akkumulyator 200 min dəfə yenidən enerji doldurmaya dayanıqlılıq göstərib və bu halda öz başlanğıc tutumunun yalnız 5%-ni itirib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, adi litium batareyasında elektrolit qismində istifadə edilən maye qısa qapanma və ya batareyaya intensiv təzyiq zamanı tezalışan qazların yaranması ilə səciyyələnən sürətli şəkildə qaynayır. Məsələn, qısa qapanma zamanı litium-ion akkumulyatorlarından ayrılan hidrogen maddəsi hava ilə birgə partlayış təhlükəli qarışıq yarada bilər. Alimlərin fikrincə, qızıl nanonaqillərdən istifadəyə əsaslanan elektroliz gelindən istifadə təhlükəsiz sərtgövdəli akkumulyatorlar yaratmağa imkan verəcək.

Yeni akkumulyatorda nanonaqillər nazik manqan oksidi qatı ilə örtülüb. Bu halda elektroliz geli akkumulyatorda əlavə qoruma funksiyasını yerinə yetirir. Sınaq zamanı nanonaqillər həm elektroliz geli, həm də onsuz yenidən enerji ilə doldurulub. Gel olmayan halda artıq 4 min yenidən doldurmadan sonra korroziya nəzərə çarpırdı.


Müəllif:

Oxşar xəbərlər