1 May 2017 18:44
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Milli Məclisin növbəti iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, parlamentin gündəliyinə 13 məsələ təklif olunur.

Bunlar “Turizm haqqında”, “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında”, “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında” və “Reklam haqqında” qanuna dəyişiklik edilməsinə dair layihələrdir.

Bundan başqa, parlamentdə İnzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq.

Milli Məclisdə “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanununun layihəsinə də baxılacaq.

Eyni zamanda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

Cavad


Müəllif:

Oxşar xəbərlər