14 May 2017 15:58
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün rəsmən Fransa Prezidenti elan edilən Emmanuel Makron axşamdan etibarən işə başlayacağını bildirib.

Teleqraf.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu gün keçirilən andiçmə mərasimindən sonra E.Makron çıxış edərək deyib: “Bizə daha səmərəli və daha demokratik Avropa lazımdır. Avropa İttifaqı bizim gücümüz və suverenliyimiz deməkdir”.

Seçki öncəsi verdiyi vədlərini xatırladan E.Makron qeyd edib ki, “biz tariximizdə ən yaxşı səhifələrdən birini yazmaq üçün birləşməliyik və bu işdə hər birinizin dəstəyi lazımdır. Biz fransızların özünə inamını qaytarmalıyıq”.


Müəllif:

Oxşar xəbərlər