18 May 2017 14:35
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kiprin yüzdən artıq ölkədə yayımlanan Gənc TV kanalında “Həftəyə baxış” analitik proqramının növbəti buraxılışı IV İslam Həmrəyliyi Oyunları və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə ərsəyə gəlib.

Verilişdə AKDC-nin sədri Orxan Həsənoğlu ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb. O, Azərbaycanın son illərdə onlarla belə beynəlxalq səviyyəli yarış və tədbirə uğurla ev sahibliyi etdiyini tamaşaçıların diqqətinə çatdırıb. 54 ölkədən üç minə yaxın idmançının Azərbaycana gəlməsinin heç də təsadüf olmadığına diqqət çəkən O.Həsənoğlu belə yüksək səviyyəli tədbirlərin davamlı olacağını bildirib.

Proqramda həmçinin, bir neçə gündür dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ciddi narahatlığına səbəb olmuş Rusiya Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi də müzakirə olunub. AKDC sədri bildirib ki, bu gün Rusiyada yaşayan milyonlarla azərbaycanlının səsi olan bir təşkilatın bağlanması doğru deyil: “Rusiya ilə strateji müttəfiq sayılan ölkəyik. Digər tərəfdən isə həmin ölkədə yaşayan soydaşlarımız Rusiya vətəndaşıdır. Rusiyanın əslində öz vətəndaşlarının təmsil olunduğu bir təşkilatı bağlaması, həmin ölkə vətəndaşlarının hüquqlarının pozulması deməkdir”.

Verilişdə diaspor rəhbəri O.Həsənoğlu aparıcının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını da cavablandırıb.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər