21 May 2017 13:48
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İranda prezident seçkilərində qalib gələn Həsən Ruhani dövlət televiziyası ilə xalqa müraciət edib.

Teleqraf.com xəbər verir ki, Həsən Ruhani hər kəsin prezidenti olduğunu, ona səs verməyən və digər namizədləri müdafiə edənlərə hörmətlə yanaşdığı mesajını verib:

“Seçkilər artıq başa çatıb və mən bu gün bütün İran vətəndaşlarının prezidentiyəm. Müxalifətin hökuməti tənqid etməsi hüququ qorunur”.

Ruhani dünyaya da mesaj verib:

“İran qarşılıqlı hörmət əsasında dünya ilə əlaqələrini daha çox inkişaf etdirməyə hazırdır. Millətimiz dünyada sülh və dostluq şəraitində yaşamaq istəyir. Amma hər cür təhdidi və aşağılanmanı da qəbul etməyəcək. Xalqımız seçkilərdə verdiyi bu mesajı böyük dünya gücləri tərəfindən doğru eşidiləcəyini istəyir”.

Prezident Ruhani müraciəti zamanı bölgə və qonşu dövlətlərə də çağırış edib:

“İran seçkiləri bölgədəki təhlükəsizliyin xarici güclərin iştirakı ilə deyil, demokratiyanın güclənməsi və xalqın səsinə hörmət göstərilərək təmin ediləcəyini ortaya qoydu”.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçirilib. Səslərin 57 faizini Həsən Ruhani alaraq ikinci dəfə İran Respublikasının prezidenti seçilib. Seçkilərdə İran seçicilərinin 73 faizi iştirak edib.


Müəllif: Cavad

Oxşar xəbərlər