Teleqraf.com xəbər verir ki, bununla bağlı CNN telekanalı Tramp administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, liderlər Suriya və Ukrayna böhranı ətrafında fikir mübadiləsi aparacaqlar.
Liderlər Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsini müzakirə etməyəcəklər.
Qeyd edək ki, görüş iyulun 7-8-də Hamburqda keçiriləcək G20 sammiti çərçivəsində keçiriləcək.