18 Avqust 2017 10:14
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Baş Qərargah rəisi, general Məhəmməd Bagirinin Türkiyə səfərinin bəzi detalları bəlli olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Suriyada Türkiyə-İran-Rusiya birgə hərbi əməliyyatı müzakirəyə çıxarılıb.

Hərbi əməliyyatda məqsəd ABŞ-ın PKK-nın yardımı ilə Əl-Qaidəni bəhanə edib Suriyanın İdlib şəhərini işğal etməsini önləməkdir.

Birgə əməliyyat planına görə, Rusiya və İran cənubdan, Türkiyə isə şimaldan irəliləyərək İdlibi xarici qüvvələrdən təmizləyəcək.

İran və Türkiyə hərbi qərargah rəisilərinin müzakirə etdiyi əməliyyat planı dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub. Məlumata görə, Türkiyə tərəfi İdlibi azad edərək bu ərazini döyüşsüz zona elan etməyi düşünür.


Müəllif: Mahir

Oxşar xəbərlər