Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Estoniyanın paytaxtı Tallinə səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çelik Avropa Birliyinin sentyabrın 7-8-də Tallində baş tutacaq toplantısında iştirak edəcək.
Səfər çərçivəsində türkiyəli diplomat Avropa Birliyinin nazirləri ilə görüşlər də keçirəcək.