Azərbaycan Prezidenti İlham Əliyev Svazilendin Kralı III Msvatiyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Svazilend Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".