7 Sentyabr 2017 15:30
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha əvvəl – bu ilin fevralın 16-da Bakıda ABŞ-ın Baş Qərargah rəisi, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov görüşmüşdülər.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu “niyə Bakı” sualına cavab olaraq deyib: “Rusiya və ABŞ silahlı qüvvələrinin baş qərargah rəisləri Bakıda görüşəndə bu onunla izah edilmişdi ki, generallar Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə edəcəklər. Azərbaycan da Suriyaya yaxın olduğundan görüş yeri kimi Bakı seçilib. Bu deyilənlər növbəti görüş üçün də keçərlidirmi? Axı bu dəfə yalnız Suriya müzakirə edilməyəcək, NATO ilə Rusiya arasındakı gərginlik daha fərqli mövzuları və məkanları əhatə edir. Rusiya NATO-nun sərhədlərinə yaxınlaşmasından, NATO isə Rusiyanın Baltik ölkələrinə yaxın ərazidə hərbi təlimlərindən narahatdır. Demək, bu mövzu da Bakıda müzakirə olunacaq. Bu bizim xeyrimizədir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər