Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamda qeyd olunub.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Alıyev Nadir Əli oğlu
Hüseynov Şahmar Şəmistan oğlu
Hüseyn-zadə Rəfiqə Abdul Ağa qızı
Lətifov Yaşar Aydın oğlu
Süleymanov Fuad Salman oğlu
“Əməkdar hüquqşünas”
Qasımov Fərrux Zakir oğlu".