İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna baxmayaraq, ABŞ Ərbildəki Baş konsulluğunu qapatmayacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Xizer Noyert deyib.
O əlavə edib ki, lazım gələrsə, konsulluq Ərbil və Bağdad arasında vasitəçilik etməyə hazırdır.
Qeyd edək ki, sentyabrın 25-də baş tutan referendum bir çox ölkələr tərəfindən narazılıqla qarşılanıb. Referendumu dəstəkləyən yeganə ölkə İsrail olub.