ABŞ və İsrail Yaxın Şərqin xəritəsini dəyişməyə çalışır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunun üçün Vaşinqton rəhbərliyi Səudiyyə Ərəbistanının gücündən istifadə etmək niyyətindədir.
ABŞ Prezidenti Donald Tramp oktyabrın sonlarında kürəkəni və müşaviri Cared Kuşneri gizlincə Riyada göndərib. Vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşüb.
Salman və yəhudi əsilli Kuşner gecə saatlarında strateji plan üzərində müzakirələr aparıb. Səhər açıldıqda isə Kuşner şəxsi təyyarəsi ilə ABŞ-a qayıdıb.
Ağ Ev bu səfərlə bağlı açıqlama verməkdən imtina edib.
Bundan əvvəl isə vəliəhd şahzadənin sentyabrda İsrailə gizli səfər etməsi ilə bağlı məlumatlar ortaya çıxmışdı.
Məlumatlara görə, Vaşinqton, Qəzza, Livan, Şimali İraq və Suriyanın iştirak edəcəyi müharibədən əvvəl ər-Riyad Səudiyyə, BƏƏ, Misir və Liviya hərbçilərindən ibarət ordu yaratmaq üçün hazırlıqlara başlayıb.
Bildirilib ki, müharibə zamanı ilk döyüşlər Qəzzada başlayacaq. Planlara görə Misir ordusu Qəzzanı işğal etməklə, HƏMAS-ı bölgədən çıxaracaq.
Növbəti hədəf isə Livan olacaq. Başlanan əməliyyatlar zamanı əsas məqsəd Hizbullahın varlığına son qoymaqdır.