16 Noyabr 2017 13:21
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşü keçirilir.

Teleqraf.com xəbər verir ki, görüş KİV nümayəndələri üçün qapalıdır.

Xatırladaq ki, Moskvaya səfəri ərəfəsində Elmar Məmmədyarov həmsədrlərlə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyini bildirərək Azərbaycanın mövqeyinin dəyişməz olduğunu vurğulamışdı. /azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər