Rusiya kommunistlərinin lideri Gennadi Züqanov 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı lideri olduğu partiya üzvlərinə məktub göndərib.
Züqanov məktubunda onun əvəzinə başqa kommunistin namizədliyinin irəli sürülməsini xahiş edib.
O, namizəd kimi Lenin adına zavodun direktoru Pavel Qrudinini göstərib.
Qeyd edək ki, Züqanov 2012-ci ildə keçirilən prezident seçkilərində ümumi səslərin 17,2 faizini qazanıb. 12,3 milyon rus ona səs verib.