ABŞ-ın Rusiya ilə əməkdaşlığı çox vacibdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Norveçin Baş naziri Erna Sulberqlə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ birmənalı şəkildə Moskva ilə dialoq qurmalıdır:
“Mümkün fikir ayrılıqları və ziddiyyətlər olmasına baxmayaraq, bunu etmək lazımdır”.
ABŞ prezidentinin bu mövqeyini Norveç Baş naziri də dəstəkləyib.
Trampın fikrincə, hazırkı ideyalarında rusiyalı həmkarının xoşuna gəlməyən fikirlər var:
“Mən böyük həcmdə qazın, digərləri isə enerjinin istehsalının tərəfindədir. Mən güclü ABŞ ordusunun yaradılmasına çalışıram. Bu iki məsələ Putinin xoşuna gəlmir”.