22 Fevral 2018 11:53
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman gələcək, Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Azərbaycan” qəzetinin nəşr etdirdiyi “Xocalı şahidləri danışır” kitabının təqdimatında çıxışı zaman deyib.

B.Muradva bildirib ki, bu kitab çox böyük əhəmiyyət kəsb edir və tariximizin qan yaddaşını özündə əks etdirir.

Vitse-spiker qeyd edib ki, bu kitab tarixi məhkəmənin qurulması üçün mühüm bir sənəd rolunu oynayacaq: “Bu kitab Azərbaycanın haqq-ədalət uğrunda mübarizə aparmaq imkanını genişləndirir”./Trend/

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – Nazim Mustafanın, Araz Qurbanovun və Elşad Əlilinin müəllifləri olduqları "Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix" kitabı çapdan çıxıb.

Kitabın elmi məsləhətçisi Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.

Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi gerçəkliklərin total şəkildə təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər