4 İyul 2018 12:32
2 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni hərbi mövqelərinin müdafiəsi ilə bağlı qeyri-adi qərar qəbul edib. Qərara görə, bundan sonra Azərbaycan Ordusu ilə təmas xəttində erməni ordusu ilə yanaşı, Ermənistan DİN-nin Daxili Qoşunları da xidmət edəcək. Hesab edirəm ki, bu addım birbaşa Azərbaycanın milli maraqlarına, ərazi btövlüyünə yönələn qəsddir.

Teleqraf.com xəbər verir ki, bu sözləri tarixçi-alim Dilavər Əzimli deyib.

Ermənistanın beynəlxalq hüquq normalarını kobud formada pozduğunu deyən tarixçi-alim qeyd edib ki, bu ölkənin siyasi rəhbərliyi Azərbaycana yönəlik təcavüzkar siyasətini davam etdirir:

“Ermənistan öz hərbi qüvvələri ilə yanaşı, PKK terror təşkilatının yaraqlılarını da işğal etdiyi Dağlıq Qarabağ ərazilərinə yığır. Hesab edirəm ki, Azərbaycan yaranmış vəziyyətə kəskin etiraz etməli, Dağlıq Qarabağda anti-terror əməliyyatları aparmaq üçün dünyanın iri dövlətlərini xəbərdar etməlidir. Əslində, Dağlıq Qarabağda anti-terror əməliyyatlarına Türkiyə tərəfi də qoşula bilər. Çünki Türkiyə tərəfi də dəfələrlə bəyan edib ki, PKK terrorçuları Dağlıq Qarabağa toplaşırlar.

Bundan əlavə, Dağlıq Qarabağ dünya narkoticarətinin mərkəzinə çevrilir. İstər beynəlxalq qanunlar, istərsə də milli maraqlar və ərazi bütövlüyümüzün təmin edilməsi imkan verir ki, Dağlıq Qarabağda antiterror əməliyyatları keçirək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər