14 Avqust 2018 12:16
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Pakistan arasında münasibətlər strateji xarakter daşıyır və bu əlaqələri növbəti mərhələyə keçirməyi düşünürük. Ümid edirik ki, ölkələrimizin siyasi, iqtisadi, ticari və hərbi əlaqələri daha da inkişaf edəcək.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Pakistanın müstəqilliyinin 72-ci ildönümü mərasimində deyib.

Pakistanda yeni hökumət qurulmasının Azərbaycanla əlaqələrə təsirindən danışan diplomat qeyd edib ki, Pakistanda keçirilən heç bir seçki Azərbaycanla əlaqələrə təsir etmir: “Azərbaycanla Pakistan müxtəlif təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. İƏT-in üzvü kimi Azərbaycan Kəşmir kontakt qrupunun çərçivəsində olduqca önəmli rol oynayır və biz buna görə çox şadıq. Hesab edirik ki, bu çərçivədə əməkdaşlığımız daha da inkişaf edəcək. Bu gün biz Pakistanın müstəqilliyinin 72-ci ildönümünü qeyd edirik. Bildiyiniz kimi 1947-ci ilin avqustun 14-də Böyük Britaniyanın Hindistandakı hökmranlığı sona çatıb və nəticədə Hindistan və Pakistan müstəqilliyini elan edib. Bu günü pakistanlılar hər il coşğu ilə qeyd edir. Bundan əlavə bu il bayram əlamətdar hadisəyə təsadüf edir. İyulun 25-də parlamentin ilk iclası baş tutdu. Avqustun 18-də isə parlament ölkənin yeni prezidentini seçəcək”.

Pakistanla Azərbaycan arasında birbaşa aviareyslərin açılması məsələsinə toxunan Səid Xan Mohmand bildirib ki, bu istiqamətdə işlər davam edir: “Ümid edirik ki, danışıqlar uğurla başa çatacaq və gələn il iki ölkə arasında birbaşa aviareyslər həyata keçiriləcək. Əgər 2016-cı ildə Azərbaycana 3800 pakistanlı səfərə gəlmişdisə, ötən il bu rəqəm 17500-ə yüksəlmişdi. Bu il isə mən 25-30 min pakistanlının Azərbaycana səfər edəcəyini proqnozlaşdırıram”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər