27 Avqust 2018 18:42
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə arasında Köçəri Mədəniyyət Mərkəzi (QazTAQ) adlı yeni birlik elan edilib.

Teleqraf.com xəbər verir ki, müvafiq sənəd Qazaxıstan hökuməti adından Xarici işlər naziri Kayrat Əbdürrəhmanov imzalayıb.

QazTAQ-ın mərkəzi Qırğızıstanın paytaxtı Bişkek seçilib. Qırğızıstan hökuməti mərkəzi pulsuz bina ilə təmin edəcək.

Birgə idman tədbirlərinin təşkil edilməsi, köçəri mədəniyyətinin ənənələri və ortaq mədəni irsin təbliğ edilməsi, türk xalqları arasında inteqrasiyanın və qarşılıqlı etimadın gücləndirilməsi mərkəzin məqsədlərinə daxildir.
Mərkəzinin rəhbəri əlifba sırası ilə tərəflər arasında 4 ildən bir seçiləcək. Qurumun ilk prezidenti Qırğızıstandan olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər