31 Oktyabr 2018 12:32
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Putin Rusiyanın Krımda referendum keçirildiyi günü heç vaxt unutmayacağını buildirib.

Teleqraf.com xəbər ki, Sevastopolun dairə seçki komissiyalarından birinin sədri Yelena Vovk Rusiyada mövcud seçki sisteminin yaradılmasının 25 iliyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən, yarımadada keçirilən referendumu heç vaxt unuda bilməyəcəyini bəyan edib.

Buna cavab olaraq Rusiya dövlət başçısı deyib:

“Sevastopoldan olan həmkarımız referendum gününü heç vaxt unuda bilməyəcəklərini dedi. Biz də heç vaxt unutmayacağıq, bütün Rusiya bunu heç vaxt unutmayacaq”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında V.Putin Krımda keçirilən referendumun bütün ölkə üçün vacibliyini izah edib. O əlavə edib ki, bu, krımlıların öz seçimi olub.

Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin Ukraynadan qoparılması ilə nəticələnən referendum 2014-cü ilin martın 16-da keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər