5 Noyabr 2018 16:44
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistanın hərbi və təhlükəsizlik strukturlarının rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, Xankəndində baş tutan görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan və Qarabağdakı separatçıların başçısı Bako Saakyan iştirak edib.

İclasda qoşunların təmas xəttindəki və cəbhə bölgəsindəki vəziyyət müzakirə edilib.

İclasda Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, müdafiə naziri Davit Tonoyan, xarici işlər naziri Zohrab Mnatsakanyan, milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyan, baş qərargah rəisi Artak Davtyan və Qarabağ separatçıları iştirakçılar arasında olub.

Qeyd edək ki, Nikol Paşinyan 3 gündür Azərbaycanın işğal edilmiş ərazilərindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər