5 Noyabr 2018 17:32
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçılıq siyasəti səbəbindən Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının işğal edilməsi Ermənistana heç bir dividend gətirməyib. Əksinə, işğalçı ölkənin bütün regional layihələrdən kənarda qalması onun üçün ciddi fəsadlar yaradır:

“Ermənistan anlamalıdır ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməli, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Erməni cəmiyyəti də bilir ki, işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Artıq erməni cəmiyyəti başa düşür ki, cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət Nikol Paşinyanın komandası reallıqlara uyğun siyasət aparmır. Vəziyyətdən çıxış yolu yalnız işğalçılıq siyasətinə son qoymaqdır. Əks halda, Ermənistan regionda mövcud olan bütün qlobal layihələrdən təcrid olunmaqda davam edəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər