22 Noyabr 2018 23:55
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Avropa Birliyi sanksiyaların aradan qaldırılması nəticəsində İrana qazandırdıqları iqtisadi faydaları davam etdirmək barədə qərara gəliblər.

Teleqraf.com xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, AB-nin xarici siyasət üzrə ali təmsilçisi Federika Moqerini və Qonşuluq siyasəti üzrə məsul şəxs Cohannes Hahnın Ankarada keçirdikləri Türkiyə-AB yüksək səviyyəli siyasi dialoq toplantısında bir sıra vacib siyasi və istisadi məsələlər müzakirə olunur.

Suriya böhranı, İŞİD və PKK-ya qarşı mübarizə, Türkiyə-Aİ münasibətləri və s, məsələlərlə yanaşı görüşdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda atılacaq addımlar müzakirə edilib. Tərəflər sanksiyaların aradan qaldırılması sayəsində İranın əldə etdiyi faydaları vurğulayaraq, bu siyasətin davam etdirilməsi barədə ortaq mövqe sərgiləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər