6 Dekabr 2018 07:55
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib: "Üç saatadək davam edən görüşdə tərəflərin bir-birinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb".

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər