Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.
Teleqraf.vom xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov tədbiri giriş sözü ilə açıb.
Tədbirin sıx gündəliyinin olduğunu nəzərə çatdıran nazirin sözlərinə görə, iclasda neft, qaz, nəqliyyat, enerji və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, təşkilat 1992-ci il iyunun 25-də İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın Dövlət və Hökumət Başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalanması ilə yaranıb.
İstanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə başçıları tərəfindən Bosfor bəyanatı da imzalanıb. Bu bəyanat İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir.