Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi gündən nəinki gənclər siyasətində, təhsil, idman və bütün istiqamətlərdə Azərbaycan gəncliyinin inkişaf dönümü başlayıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Yusif Babanlı deyib.
O bildirib ki, prezidentin Gəncləri Günü münasibətilə Azərbaycan gəncliyi ilə səmimi görüşü, proqram xarakterli çıxışı gənclərə stimul verir: “Cənab prezident gənclərlə görüşdə çağırış etdi ki, dövlət qurumlarında onlara yer verilsin.
Bu gün Azərbaycanın hər istiqamətdə inkişafına gənclərimiz şahiddir. Gənclik hər sahədə dövlətdən diqqət və qayğı görür. Bu gün Azərbaycan gəncliyi ulu öndərimiz Heydər Əliyevin qurduğu müstəqil dövlətdə ölkə rəhbərinin siyasətini dəstəkləyir, Azərbaycanın günü-gündən çiçəklənməsi, gözəlləşməsi, inkişafı naminə çalışır.
Həqiqətən Azərbaycan gəncliyinə hazırda böyük diqqət və qayğı var. Gənclərə nəinki ölkə daxilində, beynəlxalq səviyyədə də hər cür şərait yaradılır. İdmançılarımızın müxtəlif arenalarda son illər qazandıqları uğurlar, gənclərimizin beynəlxalq səviyyədə müxtəlif ixtisaslar üzrə ən yüksən ali təhsil ocaqlarında oxuyub Azərbaycana qayıtmaları dediklərimizə bariz nümunədir.
Dövlətçiliyin inkişafı üçün gənclər cənab prezidentin ətrafında sıx birləşməlidir. Biz nəinki Azərbaycanda, beynəlxalq səviyyədə dövlətimizi, dövlətçiliyimizi qorumalıyıq.
Bu görüşdə bir neçə gəncin çıxış etməsinə baxmayaraq həm də ona sevinirdik ki, cənab prezident elə bir səmimi şərait yaratdı hər bir gənc sözünün eşidlidyini hiss etdi. Biz fəxr etməliyik ki, bu cür müstəqil dövlətdə yaşayırıq. Gənclik öz dövlətini qorumalıdır”.