27 Fevral 2019 17:11
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əli Kərimlinin Xocalı yürüşünün izdihamla müşayiət olunmaması təəccüblü deyil. Bura qədər də onun arxasında on minlərlə insanın gəldiyinə dair iddiaların hamısı şişirtmə olub”.

Bunu Teleqraf.com-a əməkdar jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, Əli Kərimli tərəfdarları bu iddianı ictimai rəyi aldatmaq, çaşdırmaq üçün ortaya atıblar:

“Bu adam bir neçə ildir ki, 20 Yanvar şəhidlərini anım günündə böyük bir insan izdihamının, on minlərin qarşısında durub şəkil çəkdirirdi. Tərəfdarları da bu şəkilləri sosial şəbəkələrdə yayıb Əli Kərimlinin on minlərlə tərəfdarının olduğu görüntüsünü yaratmağa çalışırdılar. Biz də bunu ifşa etdik.

Xocalı yürüşündə də Əli Kərimlinin nə qədər real tərəfdarının olduğu bir daha bəlli oldu. Ona imkan verilmədi ki, əvvəlki illərdə olduğu kimi, izdihamın qarşısına keçib şəkil çəkdirsin. Amma ona şərait yaradıldı ki, özünün bir qrup tərəfdarı ilə gedib Xocalı abidəsini ziyarət etsin. O da məcburiyyət qarşısında qalaraq, buna getməli oldu. Bu zaman da əsl reallıq ortaya çıxdı. Bir daha əmin olduq ki, bu adamın sosial şəbəkə üzərindən yaratmaq istədiyi hay-küy boş bir şey idi. Bir daha məlum oldu ki, onun tərəfdarları on minlərlə insan yox, bir qrup şəxsdir və sosial şəbəkənin imkanlarından istifadə edib özü haqda təbliğat aparır”.

Azər Həsrət qeyd edib ki, belə bir mənzərənin ortaya çıxmasının səbəbkarı Əli Kərimlinin özüdür:

“Yalan üzərində siyasət qurmaq və yalanlarla divident əldə etmək nəticədə ona gətirib çıxarmalı idi ki, belə bir gündə onun arxasında minlərlə yox, heç yüzlərlə insan gözə dəyməyəcək. Bu, onun siyasi taleyidir və onun seçiminə qarışmırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər